CELS - Kanada Beynəlxalq Məktəbli Səfir Proqramı

CELS - Kanada Beynəlxalq Məktəbli Səfir Proqramı

"Beynəlxalq Təhsil Təcrübəsi"

Beynəlxalq məktəbli şagirdlərin mübadilə proqramları 1950-ci ildən etibarən dünyanın 72 ölkəsində rəsmi olaraq tətbiq edilir. Məktəbli səfirlər proqramında məhz belə bir mübadilə proqramıdır və 14–18 yaş arası orta məktəb şagirdlərinə  təhsillərinin bir və ya bir neçə ilini xaricdə oxumaq imkanı yaradır.Şagirdlər xaricdə olduqları müddətdə həmin ölkənin Təhsil Nazirliyi tərəfindən yüksək təhlükəsizlik meyarları əsasında seçilən könüllü qəbul edən ailələrin yanında qalır və evə ən yaxın yerli məktəbdə təhsillərini davam etdirirlər.

Proqramın əsas prinsipi gənclərin getdikləri ölkənin gündəlik həyatına tam inteqrasiya olunmasıdır. Uğurlu mübadilə ilinin ən vacib şərtlərindən biri, tələbələrin onları qəbul edən ailənin həyatında tam şəkildə iştirak etməsidir. Məktəbli səfirlər proqramının iştirakçıları yeni mühitdə yalnız kənardan müşahidə aparmır; əksinə, ev sahibi ailənin bir üzvü kimi davranaraq getdikləri cəmiyyətin dilini, mədəniyyətini və ənənələrini dərindən mənimsəyirlər.

Proqram iştirakçıları eyni zamanda öz ölkələrinin mədəniyyət böyükelçiləri kimi çıxış edirlər. Xaricdə olduqları müddətdə gənclər ölkəmizi layiqincə təmsil edir və milli mədəniyyətimizi tanıtmaq üçün müxtəlif layihə və tapşırıqlarda iştirak edirlər. Bu cür fəaliyyətlər Məktəbli səfirlər proqramının əsas məqsədlərindən olan mədəniyyətlərarası ünsiyyəti və tolerantlığı gücləndirir.

Məktəbli səfirlər Programı gənclərin şəxsiyyətinin hərtərəfli inkişafına yönəlib və onların gələcəkdə qlobal arenada uğur qazanmasına zəmin yaradır. Proqramın məzunları xarici dili ana dili səviyyəsində mənimsəmiş, doğma ailəsindən kənarda müstəqil yaşam təcrübəsi əldə etmiş, müxtəlif ölkələrdən dostluqlar qazanmış, orta təhsilini uğurla başa vurmuş və dünyadakı müxtəliflikləri anlayan dünya vətəndaşları kimi formalaşırlar. Bu cür geniş dünyagörüşü və yüksək uyğunlaşma bacarığı gənclərə gələcək akademik həyatlarında və karyeralarında misilsiz üstünlüklər qazandırır.

Nəticə etibarilə, Məktəbli səfirlər Programı gənclərə fərqli bir ölkədə yaşamaqla ömür boyu unudulmayacaq xatirələr bəxş edir və onlarda digər mədəniyyətlərə qarşı daimi maraq formalaşdırır. Belə beynəlxalq təcrübə gənclərə gələcəyə daha inamla baxmaq və qlobal dünyada öz yollarını açmaq üçün ilham verir.

Qeydiyyatdan keç!