“Ayın Team Lideri” və “Ayın Könüllüsü” nominasiyaları fevral ayının qalibləri müəyyənləşib!
Global Olympiad Center tərəfindən 2026-cı ilin fevral ayı ərzində keçirilən olimpiada və tədbirlərdə fəal iştirak etmiş könüllülər və "Team Leaderlər" arasında qiymətləndirmə aparılıb. Nəticədə ayın ən fəal könüllüləri və “Ayın Team Lideri” adına layiq görülən şəxslərin adları açıqlanıb.
Qiymətləndirmənin nəticələrinə əsasən, “Ayın Team Lideri” adına “Fatehlər” komandasının rəhbəri Zümrüd Nazurova layiq görülüb. Onun komanda idarəçiliyi, koordinasiya və təşkilati proseslərdə göstərdiyi fəaliyyət xüsusi qeyd olunub.
Fevral ayı üzrə qiymətləndirmə meyarlarına əsasən aparılan dəyərləndirmə nəticəsində “Ayın Könüllüsü” adını qazanmış şəxslər də bəlli olub. Bu ada “Qarşılama” komandasından Şaban Həsənov, “İstiqamətləndirmə” komandasından Həsən Səmədli, “Xəzərlər” komandasından Ləman Çerpanova, “Qartallar” komandasından Anar Hüseynzadə, “Media” komandasından Aysu Novruzlu, “Alplar” komandasından Zəhra Həsənli, “Sumqayıt Zal” komandasından Zeynəb Həsənəliyeva və Ulduz Quluzadə, “Aslanlar” komandasından Nihat Mirzəliyev, “Sumqayıt İstiqamətləndirmə” komandasından Məryəm Quliyeva, “Gəncə” komandasından Səma Rzayeva, “Məktəbli Səfirlər” komandasından Fidan Zeynallı, “Fatehlər” komandasından Şəbnəm Abbasova və “Strateqlər” komandasından Şəbnəm Abbasova layiq görülüblər.
Global Olympiad Center könüllülərin fəaliyyətini yüksək qiymətləndirərək onların təşkilati proseslərə verdiyi töhfənin qurumun tədbirlərinin uğurlu keçirilməsində mühüm rol oynadığını bildirib. Mərkəz könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.