NextGen Beynəlxalq İngilis dili Yarışması – İlkin nəticələr açıqlanıb
14 dekabr 2025-ci il tarixində Bakı şəhərində keçirilmiş NextGen Beynəlxalq İngilis dili Yarışmasının seçim mərhələsinin ilkin nəticələri artıq açıqlanıb. Yarışmada şagirdlər ingilis dili biliklərini nümayiş etdiriblər. İştirakçılar hazırda şəxsi kabinetlərində nəticələri ilə tanış ola bilərlər.
Medal bölgüsü beynəlxalq standartlara uyğun olaraq aşağıdakı kimi hesablanır:
TOP 5% – Qızıl medal, 10% – Gümüş medal, 20% – Bürünc medal.
Apellyasiya müraciətləri 14 dekabr 2025-ci il saat 18:00-dan başlayaraq 15 dekabr 2025-ci il saat 18:00-dək qəbul ediləcəkdir.
Qeyd edək ki, seçim turunda medal qazanan iştirakçılar Avstraliyanın paytaxtı Sidneydə 13–20 aprel tarixində 15-dan çox ölkənin iştirakı ilə keçiriləcək final turunda Azərbaycanı təmsil edəcəklər.
İlkin nəticələrlə tanış olmaq üçün şəxsi kabinet aktivdir. Bütün iştirakçıları təbrik edir və qarşıdakı mərhələlərdə uğurlar arzulayırıq.