Global Olympiad Center yeni Şagird Reytinq Panelini istifadəyə verib!
Global Olympiad Center (GOC) şagirdlərin beynəlxalq olimpiada - yarışma nəticələrini izləmək və inkişaf dinamikasını qiymətləndirmək məqsədilə yeni "Şagird Reytinq Paneli"ni təqdim edib. Platforma artıq GOC Şəxsi Kabinet üzərindən əlçatandır.
Yeni panel şagirdlərin 2025-2026 tədris ili ərzində iştirak etdikləri beynəlxalq yarışlar üzrə topladığı nəticələri vahid sistemdə birləşdirir. Platformada hər bir şagirdin illik GOC balı, sinif üzrə mövqeyi, ümumi reytinq sıralaması və medallar üzrə statistik göstəriciləri əks olunur. Panel həmçinin şagirdin iştirak sayı və əldə etdiyi nəticələrin təsdiqlənmə statusunu da göstərir.
Sistemdə həm tədris ilin ərzində ümumi TOP 10, həm də sinif üzrə TOP 10 kateqoriyaları mövcuddur. Reytinq siyahıları dinamik şəkildə yenilənir və şagirdlərin yeni nəticələri daxil edildikcə panel avtomatik olaraq aktual göstəriciləri əks etdirir.
Reytinq sistemi GOC-un təqaüd proqramı ilə də inteqrasiya olunub. Panel vasitəsilə şagirdlər Heydər Əliyev adına Diamond, Polad Həşimov adına Zəfər Qızıl, Lütfizadə adına Gümüş və Nəsrəddin Tusi adına Bürünc təqaüdlərinə uyğunluqlarını izləyə bilirlər. Təqaüdlərin verilməsi şagirdlərin il ərzində topladığı ümumi bal, medal nəticələri və iştirak göstəriciləri əsasında müəyyən edilir. Belə ki, 700+ bal toplayan şagirdlər təqaüdə haqq qazanırlar.
Platformanın funksionallığına şagird nəticələrinin sosial mediada paylaşılması imkanı da əlavə olunub. Bu funksiya valideynlərə və şagirdlərə yarış nəticələrini vahid vizual formatda yayımlamağa şərait yaradır.
Global Olympiad Center tərəfindən təqdim edilən yeni Şagird Reytinq Paneli beynəlxalq yarışlarda iştirak edən şagirdlərin göstəricilərinin vahid sistemdə toplanmasını və şəffaf mexanizmlə qiymətləndirilməsini hədəfləyir. Panel GOC şagirdləri və valideynləri üçün 2025–2026 akademik ilindən etibarən tam şəkildə istifadəyə açıqdır.
İstinad: Mənbə: https://goc.edu.az/PersonalCabinet/Rating