Azərbaycan milli komandası FISO Beynəlxalq Yarışmasının final mərhələsində yüksək nəticə göstərib
13–17 iyun 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən FISO Beynəlxalq Yarışmasının final mərhələsində Azərbaycan milli komandası Global Olympiad Center təşkilatçılığı ilə uğurla çıxış edib.
Yalnız bilik yarışları ilə kifayətlənməyən bu beynəlxalq proqram çərçivəsində şagirdlər Dubayın məşhur məkanlarına da ziyarətlər edib, zəngin mədəni-təhsil təcrübəsi qazanıblar.
Riyaziyyat, Elm, İngilis dili və Məntiq fənləri üzrə keçirilən bu nüfuzlu beynəlxalq yarışmada ölkəmizi təmsil edən şagirdlər 6 fərqli yaş kateqoriyasında bilik və bacarıqlarını nümayiş etdiriblər. Final mərhələsində Azərbaycanla yanaşı Türkiyə, İndoneziya, Vyetnam, Filippin, Mozambik, Rusiya, Tacikistan, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Qırğızıstan və Gürcüstan daxil olmaqla ümumilikdə 16 ölkənin iştirakçıları mübarizə aparıb.
Azərbaycan komandası yekunda Riyaziyyat, İngilis dili və Məntiq üzrə qızıl, gümüş və bürünc medal daxil olmaqla müxtəlif nominasiyalarda Dünya birincisi adını qazanaraq ölkəmizin beynəlxalq təhsil uğurlarına mühüm töhfə verib.
🥇 Riyaziyyat üzrə Diamond mükafatçıları:
Humeyra Abdullayeva – Diamond 1
Suel Damirzadə – Diamond 1
Ünal Əliyev – Diamond 1
Ümid Rzalı – Diamond 2
Kənan Vəlizadə – Diamond 3
Bayaz Mehdiyev – Diamond 3
🥇 İngilis dili üzrə Diamond mükafatçıları:
Nur Nasirli – Diamond 1
Ünal Əliyev – Diamond 1
Mirvari Səfarlı – Diamond 2
Kamal Qədirli – Diamond 2
Mirel Mustafazadə – Diamond 2
Rahilə Bağırlı – Diamond 3
🥇 Məntiq üzrə Diamond mükafatçıları:
Yusif Elbayev – Diamond 1
Seyran Məmmədli – Diamond 1
Balaqan Məmmədli – Diamond 1
Nəcəf Məmmədov – Diamond 1
Cahangir Qasımov – Diamond 2
Məryəm Səfərəliyeva – Diamond 2
Fazil Məmmədov – Diamond 2
Aysu Abdullayeva – Diamond 2
Tunar Abbasov – Diamond 3
Mirsəid Aslanbəyli – Diamond 3
Anar Mahmud – Diamond 3
📌 Qeyd edək ki, ümumilikdə komandamız:
52 qızıl,
56 gümüş,
46 bürünc medal,
9 Diamond 1,
8 Diamond 2,
6 Diamond 3 mükafatına layiq görülmüşdür.
Final mərhələdə uğur qazanan bütün şagirdlərimizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində onlara yeni nailiyyətlər arzulayırıq.