Malayziyada şagirdlərimizdən uğurlu nəticə!

Global Olympiad Centerin təşkilatçılığı ilə Azərbaycanlı şagirdlər Malayziyanın paytaxtı Kuala Lumpurda beynəlxalq olimpiadada ölkəmizi təmsil ediblər.

Xiamen Universiteti tərəfindən 24-30 aprel tarixlərində keçirilən olimpiadanın final mərhələsində 14 ölkə iştirak edib. Azərbaycan finalda 3 şagirdlə təmsil olunub. Şagirdlərimiz öz biliklərini eyni yaş kateqoriyasından olan həmyaşıdları ilə sınayıblar. Belə ki, Fidan Qəribli və Sunay Əbdürəhmanov kimya üzrə, Səməd Səmədli isə biologiya üzrə mübarizə aparıblar.

Biologiya üzrə Səməd Səmədli gümüş medal, Kimya üzrə Fidan Qəribli gümüş, Sunay Əbdürəhmanov isə bürünc medal qazanıblar.

Şagirdlərimiz təkcə bu olimpiadada yarışmayıb, eyni zamanda Malayziyanın görməli yerlərini gəzərək oranın tarixi ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan komandası ilk dəfə Xiamen Universiteti tərəfindən təşkil olunan finalda iştirak edib.