Global Olympiad Center-in təşkilatçılığı ilə Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının (AzMİO) mükafatlandırma mərasimi keçirilib. Tədbirdə rəsmi qonaqlar, məktəb direktorları, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbirin açılış nitqi ilə GOC-un direktoru Xəyal İbrahimzadə çıxış edərək, AzMİO-nun uğurla həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. O, iştirakçıları təbrik edərək, bu layihənin ölkədə iqtisadi düşüncənin inkişafına verdiyi töhfəni xüsusi vurğulayıb.
Açılış çıxışlarından sonra tədbir bədii hissə ilə davam edib. Milli ruhda keçirilən proqramdan sonra mükafatlandırma mərasiminə start verilib.
İlk olaraq, AzMİO-nun final turunda medal qazanmış və eyni zamanda milli komandaya seçim turunda uğur göstərmiş şagirdlər təltif olunub. Onları səhnədə Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini Anar Novruz təbrik edib.
Seçim mərhələsində fərqlənən bu istedadlı şagirdlər, ölkəmizi ilk dəfə Azərbaycanda keçiriləcək Beynəlxalq İqtisadiyyat Olimpiadası (IEO 2025) çərçivəsində iki komanda şəklində təmsil edəcəklər.
Daha sonra, AzMİO final turunda medal qazanan 73 nəfər iştirakçı səhnəyə dəvət olunaraq mükafatlandırılıb.
Qeyd edək ki, AzMİO iki mərhələdən ibarət olub. Bu il ölkə üzrə 5 imtahan mərkəzində keçirilən seçim mərhələsinə 2632 nəfər qeydiyyatdan keçib. Onlardan 204 nəfər final mərhələsinə vəsiqə qazanıb və nəticədə 73 nəfər medal qazanaraq fərqlənib.
Azərbaycanı IEO 2025-də təmsil edəcək şagirdlərin adları təqdim edirik: