UAMO Olimpiadasının ölkə mərhələsi keçirilib

UAMO Olimpiadasının ölkə mərhələsi keçirilib

11 aprel 2026-cı il tarixində UAMO (Antalya Beynəlxalq Riyaziyyat Olimpiadası) üzrə ölkə mərhələsi Azərbaycanın müxtəlif şəhərlərində təşkil olunub. İmtahan Bakı şəhərində Odlar Yurdu Universitetində, Gəncədə Gəncə Dünya Məktəbində, Sumqayıtda Sumqayıt Dövlət Universitetində, Naxçıvanda isə Xidmət Səhmdar Cəmiyyətində keçirilib.

Seçim mərhələsində iştirakçılar UAMO-nun rəsmi sillabus və imtahan formatına uyğun şəkildə biliklərini sınayıblar. Olimpiada 2-ci sinifdən 11-ci sinfə qədər olan şagirdlər üçün nəzərdə tutulub və müxtəlif yaş qruplarını əhatə edir.

Qiymətləndirmə qaydalarına əsasən, imtahanda təqdim olunan ilk 10 sualın hər biri 10 bal, növbəti 10 sualın hər biri isə 15 bal ilə qiymətləndirilib. Cavablandırılmayan suallar üçün bal verilmir və iştirakçıların ümumi nəticələrindən bal çıxılmır.

Nəticələrə əsasən ən yüksək nəticə göstərən ilk 5 faiz iştirakçı qızıl, sonrakı 10 faiz iştirakçı gümüş, daha sonrakı 15 faiz isə bürünc medal qazanacaq.

Qeyd edək ki, seçim mərhələsinin nəticələri yaxın günlərdə Global Olympiad Center-in rəsmi vebsaytında və sosial media hesablarında açıqlanacaq.