UAMO 2025 Finalında Azərbaycan şagirdləri böyük uğur qazanıblar

UAMO 2025 Finalında Azərbaycan şagirdləri böyük uğur qazanıblar

Türkiyənin Antalya şəhərində, Akdeniz Universitetində keçirilən Antalya Beynəlxalq Riyaziyyat Olimpiadasının (UAMO 2025) final mərhələsi baş tutub. 19 Aprel tarixində baş tutan finalda Türkiyənin müxtəlif bölgələri ilə yanaşı Azərbaycan, Özbəkistan, Rusiya, Kosovo, Qazaxıstan, Hindistan və Çindən olan şagirdlər iştirak ediblər.

Final mərhələsinin nəticələrinə əsasən Azərbaycanı təmsil edən şagirdlər müxtəlif medal dərəcələri üzrə yüksək nəticələr əldə ediblər. Ümumilikdə 21 nəfərdən ibarət Azərbaycan komandası 7 qızıl, 4 gümüş və 10 bürünc medal qazanıb.

Qızıl medal qazanan şagirdlər: Abel Fərəcov, Subhan Mirizadə, Ruslan Səfərov, Cavidan Mahmudzadə, Səid Əhmədzadə, Murad Məmmədli və Əkbər Ələkbərzadə.

Gümüş medalçılar: Zeynal Cəfərli, İslam İsmayılzadə, Azim Hacıyev və Yusif Heydərli.

Bürünc medal qazanan iştirakçılar: Novruz Əliyev, Sadıq Sadıxlı, Kənan Vəlizadə, Cavad Cəfərli, Aysun Bədallı, Aman Ağayev, Yunis Cəfərli, Zərifə Qurbanova, Süel Damirzadə və Ziyad Cəbrayılov.

Olimpiada iştirakçıların riyazi biliklərini, analitik düşünmə və problem həll etmə bacarıqlarını qiymətləndirmək məqsədi daşıyıb. Qeyd edək ki, müxtəlif ölkələrdən şagirdlərin iştirak etdiyi bu platforma beynəlxalq səviyyədə riyaziyyat üzrə rəqabətli mühit yaradır.

Global Olympiad Center olaraq beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən bütün şagirdlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.