Uğurlu Olimpiadaçımız beynəlxalq universitetdən qəbul qazanıb!
Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin şagirdi Zeynal Cəfərli Çinin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Nanjing Tibb Universitetinin Tibb və Cərrahiyyə ixtisası üzrə qəbul qazanıb.
Qeyd edək ki, Nanjing Tibb Universiteti QS Dünya Universitet Reytinqində tibb sahəsi üzrə yüksək mövqelərdə yer alır və Çin universitetləri arasında ilk beşlikdə, 6-cı sırada qərarlaşır.
Zeynal Cəfərli Global Olympiad Center tərəfindən keçirilən müxtəlif beynəlxalq olimpiadalarda iştirak edərək bir sıra nailiyyətlər əldə edib. Belə ki, o, UAMO Olimpiadasının final mərhələsində iki dəfə gümüş medal qazanıb. Eyni zamanda, seçim turlarında FISO üzrə bürünc, AIMO üzrə gümüş və qızıl, IMEC üzrə qızıl, Kopernik Riyaziyyat Olimpiadası üzrə gümüş, FMO üzrə qızıl, STEMCO üzrə qızıl və TIMO üzrə bürünc medal əldə edib.
Qazandığı bu uğurlar onun akademik inkişafına və beynəlxalq səviyyədə təhsil imkanları əldə etməsinə töhfə verib.
Təhsilini tibb sahəsi üzrə davam etdirəcək Zeynal gələcək təhsil həyatında uğurlar arzu edirik!