IEO-da Azərbaycanı Təmsil Edəcək Komandanın Adına Aydınlıq Gəlib!

IEO-da Azərbaycanı Təmsil Edəcək Komandanın Adına Aydınlıq Gəlib!

Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının (AzMİO) final mərhələsinin nəticələrinə əsasən, ölkəni Çində keçiriləcək Beynəlxalq İqtisadiyyat Olimpiadasında təmsil edəcək şagirdlərin adları açıqlanıb. Yekun nəticələrinə görə, ən yüksək nəticə göstərən iştirakçılar beynəlxalq final mərhələsinə vəsiqə qazanıblar.

AzMİO şagirdlərin iqtisadi nəzəriyyə biliklərini, analitik düşüncə bacarıqlarını və maliyyə savadlılığını qiymətləndirmək məqsədilə keçirilib. Final turu beynəlxalq iqtisadi olimpiadaların standartlarına uyğun hazırlanmış tapşırıqlardan ibarət olub və mikroiqtisadiyyat, makroiqtisadiyyat, beynəlxalq iqtisadiyyat, maliyyə və investisiya, eləcə də analitik iqtisadi problemlərin həlli kimi istiqamətləri əhatə edib.

Məlumata görə, minlərlə iştirakçı arasından seçilən finalçılar içərisində 35 nəfər medal qazanıb. Final mərhələsində yüksək nəticə göstərən, lakin medal qazanmayan iştirakçılara fəxri fərman, digər iştirakçılara isə iştirakçı sertifikatı təqdim olunub.

Yekun nəticələrə əsasən, Azərbaycanı Beynəlxalq İqtisadiyyat Olimpiadasında təmsil edəcək şagirdlər aşağıdakılardır:


Elitar Gimnaziyanın şagirdi Daniyar Aliyev,

İdrak Liseyinin şagirdi Ayşə Tapdıqzadə,

Azerbaijan British College-in şagirdi Bayram Eyyubov,

S.C. Pişəvəri adına Humanitar Fənlər Təmayüllü Gimnaziyanın şagirdi Nurtəm Qasımzadə,

SABIS SUN International School-un şagirdi Fatimə Əhmədova.


Qeyd edək ki, milli komandamız Çində keçirilməsi planlaşdırılan finalda 50-dən çox ölkədən gələn şagirdlərlə mübarizə aparacaq.