AzMIO-nun Maliyyə və İqtisadiyyat üzrə açıq tipli sualların ilkin nəticələri açıqlandı!
Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının (AzMİO) final mərhələsi çərçivəsində açıq suallar üzrə ilkin nəticələr açıqlanıb. Nəticələr iştirakçıların iqtisadiyyat və maliyyə sahələri üzrə analitik düşünmə və tətbiqi biliklərinin qiymətləndirilməsi əsasında formalaşdırılıb.
Final mərhələsi Global Olympiad Center tərəfindən təşkil olunub və iştirakçılar açıq suallar vasitəsilə mövzular üzrə biliklərini yazılı formada əsaslandırıblar. Bu mərhələ şagirdlərin yalnız nəzəri biliklərini deyil, eləcə də praktiki bacarıqlarını yoxlamağa yönəlib.
Qeyd edək ki, açıqlanan nəticələr ilkin xarakter daşıyır və hazırda apelyasiya prosesi davam edir. Apelyasiya mərhələsi başa çatdıqdan sonra yekun nəticələr rəsmi şəkildə elan olunacaq.
Yekun nəticələrə görə ən yüksək nəticə göstərən 5 şagird Azərbaycanı Beynəlxalq İqtisadiyyat Olimpiadasında təmsil etmək hüququ qazanacaq.